...

"Eurovision"un son beş ilinin qalibləri Azərbaycan milli musiqi alətləri ilə mahnılarını ifa ediblər

Eurovision-2012 Materials 25 May 2012 02:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.Mehdiyev/

57 yaşı tamam olan "Eurovision" mahnı müsabiqəsinin son beş ilinin qalibi "Bakı Kristal Zalı"nda çıxış ediblər.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Dima Bilan, Mariya Şerifoviç, Aleksandr Rıbak, Lena Mayer, Azərbaycana qələbə qazandıran Eldar Qasımov və Nigar Camal ikinci yarımfinalın interval aktında yaddaqalan şou nümayiş etdiriblər.

Müsabiqənin ayrı-ayrı illərinin qaliblərinin Azərbaycan milli musiqi alətlərinin müşaiyəti ilə çıxışları bütün tamaşaçılara unudulmaz həzz yaşadıb. Dima Bilan müsabiqə mahnısı olan "Believe"i balaban, Mariya Şerifoviç tarın müşayiəti ilə "Molitva"nı, Aleksandr Rıbak kamançanın müşayiəti ilə "Fairytale", Lena Mayer isə sazın müşaiyəti ilə "Satelite"ni ifa edib.

İnterval aktının sonunda isə Eldar Qasımov və Nigar Camal da daxil olmaqla, digər illərin qalibləri "Eurovision" mahnı müsabiqəsi tarixinə düşən "ABBA" qrupunun "Waterloo" mahnısı ilə gözəl performans göstəriblər.

Xəbər lenti

Xəbər lenti