...

Dünya ölkələrinin Kosovanın müstəqillik elan etməsi reaksiyası

Dünya xəbərləri Materials 18 Fevral 2008 08:03 (UTC +04:00)
Dünya ölkələrinin Kosovanın müstəqillik elan etməsi reaksiyası

Bazar günü Kosovanun baş naziri Xaşim Taçi bölgənin parlamentini xüsusi iclasa çağırmışdır və orada Kosovonun Serbiyadan müstəqilliyi elan edilmişdir.

Bir sıra ekspertlərin fikirincə, Avropa İttifaqının 20 ölkəsi Kosovonun müstəqilliyini tez tanımağa hazırdır. ABŞ və Avropanın iri ölkələri - Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Kosovonun müstəqilliyini bazar ertəsi günü tanımağa hazırdır. Lakin, Avropa İttifaqının 6 ölkəsi - Kipr, Yunanıstan, Slovakiya, İspaniya, Bolqarıstan və Rumıniya bildiriblər ki, belə tez Kosovanın müstəqilliyini tanıya bilməzdər. Kosovanın müstəqilliyinə qarşı çıxış edən Serbiyadır.

Dünya ölkələrinin Kosovanın müstəqillik elan etməsinə reaksiya necədir?

Rusiya.

Rusiya Kosovanın birtərəfli müstəqilliyəni tanımaq fikirində deyil. Bundan səvai Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin israr edir ki, müstəqillik haqqında qərar ləğv olunmalıdır.

Fransa.

Fransanın xarici işlər naziri Bernar Kuşner hesab edir ki, Kosovanın müstəqilliyi beynəlxalq birliyin və Avropa İttifaqının uğurudur. Onun sözlərinə görə bu addım gözləməyə və durğunluğa son qoyacaq.

Vatikan.

Vatikan Serbiyanın və Kosovanın siyasətçilərini mötədillikə, ehtiyatlı olmağa və ekstremis reaksiyalara qarşı tədbirlərin görülməsinə çağırıb.

Slovakiya.

Daha mərhələli Kosova müstəqilliyinə Slovakiyanın baş naziri Robert Fiço çıxış edir. O qeyd edir, ki separatçıların tədbiq edə biləcəyi çox təhlükəli prisedent yaranır. Slovakiya Kosovanın dövlət müstəqilliyini tanımayacaq.

Albaniya.

Albaniyanın baş naziri Sali Berişa kosovarları təbrik edib, ABŞ, Böyük Britaniyaya, Fransaya, NATO-ya və Priştinanın azadlığını dəstəkləyən bütün beynəlxalq təşkilatlara öz minnətdarlığını bildirib.

İtaliya.

İtaliyada qarşıdurmadan uzaq durmaq üçün kosovalıları və serbləri təmkinlİtaliyinın XİN birtərəfli müstəqilliyin elan olunmasını nəzərə alır.

Estoniya.

Estoniyanın xarici işlər naziri Urmas Paet milli televiziyada çıxış edərkən bildirib ki, onun ölkəsi Kosovanı tanımağa hazırdır və onunla diplomatik əlaqələr yaratmaq niyyətindədir.

İrlandiya.

İrlandiya həmçinin Kosovanın müstəqilliyini tanımağa hazırdır. Bunu xarici işlər naziri Brayan Kouen Dermot Arxerm deyib.

Hallandiya.

Hollandiyanın müdafiə naziri Eymert van Middelkoop bildirib ki, Hollandiya Kosovanın müstəqilliyini tanıyacaq. Bu barədə o, radioya müsahibəsi zamanı deyib.

AŞPA.

Avrapa Şurası Parlament Assambleyasının sədri Luis Mariya de Puç təsüf hissini bildirib və deyib ki tərəflər kompromiss əldə edə bilmədilər. O, tərəfləri götürdükləri öhdəliklərə riayyət etməklərinə çağırıb. Məsələ, sülhün və dialoqun qorunub saxlanılmasındadır.

Gürcüstan.

Gürcüstan Kosovanın müstəqilliyini tanımayacaq. Bunu hökümət və parlament nümayəndələri bildirib.

Beynəlxalq əlaqələr üzrə parlament komitəsinin sədri Kote Qabişvili deyib ki, "Gürcüstan Kosovanın müstəqilliyini qəbul etmək niyyətində deyil". Onun sözlərinə görə, Gürcüstanda heç kəs demirdi ki, biz Kosovanın müstəqilliyini tanıyacayıq. Düşünürəm ki, bizi yaxşı başa düşərlər.

Xəbər lenti

Xəbər lenti