...

Qırğızıstan prezidenti işgüzar iclas keçirib

Dünya xəbərləri Materials 25 Avqust 2008 11:39 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 avqust/ Trend , müxbir R.Məşədihəsənli/ Bazar etrəsi Qırğızıstan prezidenti Kurmanbek Bakiyev prezident administrasiyasının şöbə müdirləri ilə ənənvi işgüzar iclas keçirib, - dövlət rəhbərinin mətbuat xidməti xəbər verir.

İclas zamanı prezident bildirib ki, Baş nazir İqor Çudinovdan aviaqəza ilə bağlı son məlumatları alıb və avqustun 26-da matəm gününün elan olunacağı qərara alınıb.

İclas çərçivəsində dövlət rəhbərinin avqustun 29-da Talussk vilayətinə gözlənilən səfərinin təşkilati və cari xarakterli məsələləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti