Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir E.Tariverdiyeva/ Gürcüstan gürcü - erməni münasibətlərinin mürəkkəbləşməsi və ölkənin ərazi bütövlüyü üçün yarana biləcək təhlükədən yayınmaq üçün Samsxe-Cavaxk-Tsalka regionunda məhsəti türklərinin sıx yerləşdirilməsinə yol verməyəcək.
"Gürcüstan qonşu dövlətlərin qayğılarını nəzərə almaqla yanaşı, həm də öz ərazi maraqlarına müvafiq hərəkət edir və böyük miqdarda repatriantların sıx yerləşməsindən ehtiyatlanır", - deyə Trend - a müstəqil gürcü eksperti Ramaz Sakvarelidze bildirib.
"Mitk" erməni analitik mərkəzinin nümayəndələri , bir sıra gənclər və siyasi - ictimai təşkilatlar dekabrın 16 -da Gürcüstan rəhbərliyinə, yalnız məhsəti türklərinin Samsxe-Cavaxk-Tsalka regionuna qayıdışına yol verməmək barədə çağırışla çıxış ediblər.
Gürcüstanın Samsxe - Cavaxk -Tsalka regonunda 1944 - cü ilədək məhsəti - türk icmasının təqribən 90 min nümayəndəsi yaşayıb və həmin il Stalin repressiyası zamanı sürgün ediliblər. 1999 - cu ildə Avropa Şurasına üzv olduqdan sonra, Gürcüstan onların əvvəlki yerlərinə qaytarılmasını həyata keçirmək öhdəliyi götürüb. Vətənlərinə qayıtmaq istəyən insanların təkliflrinə xüsusi komissiyanın baxması haqqında qanunvericilik səviyyəsində qərar qəbul olunub. İndiyədək komissiyaya cəmi 700 ərizə daxil olub və buna görə, ərizələrin verilməsi müddəti uzadılıb. Hazırda Samsxe - Cavaxk - Tsalka regionunun 70 faizində ermənilər məskunlaşıb.
Ermənistanın hakim dairələrinin məhsəti türklərinin regiona qayıtmasına qarşı daimi etirazlarına baxmayaraq, müşahidəçilər əmindirlər ki, belə etiraz aksiyalarının keçirilməsinə səbəb yoxdur; Gürcüstan rəhbərliyi qonşuları ilə münaqişədən yayınmaq və ölkənin ərazi bütövlyünün təhlükə altına düşməsindən ehtiyatlanaraq, repatriantların öz ərazilərinə kütləvi qayıdışını istəmir.
Rusiyalı politoloq Mixail Aleksandrov hesab edir ki, ermənilər vaxtından əvvəl - hələ heç nə baş verməmiş hərəkət edirlər, onlar artıq etiraz çıxışları edirlər. "Ermənilər Gürcüstan hakimiyyətinə münaqişə vəziyyəti yaratmamağı başa salmağa çalışırlar. Lakin Gürcüstan hakimiyyəti belə münaqişə vəziyyəti yaratmağa hazırlaşmır", - deyə Trend - a MDB ölkələri Qafqaz İnstitutunun şöbə müdiri Aleksandrov bildirib.
Türkiyəli ekspert Ufquk Tavkul hesab edir ki, məhsəti türklərinin Gürcüstan ərazisindəki tarixi torpaqlarına qayıtması ona görə mümkün olmur ki, Gürcüstan hökuməti bunu istəmir.
Onun sözlərinə görə, səbəb - Gürcüstanın ölkənin ərazi bütövlüyünə görə ehtiyatlanmasıdır. "Repatriantların demoqrafik artımı şəraitində, onların muxtariyyət tələb etməsi variantı istisna deyil", - deyə KÖK Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Tavkul bildirib.
Azərbaycanın müstəqil eksperti Tofiq Abbasov hesab edir ki, Gürcüstanda titulsuz etnik qruplara hüquqların verilməsi ilə bağlı məsələlərə potensial risklər müstəvisində baxır.
O hesab edir ki, gürcülər üçün məhz demoqrafik stabillik problemi kifayət qədər həssas məsələdir. "Etnik gürcülər arasında təbii artım olduqca aşağıdır və o, türk etnoslarının say artımı ilə müqayisəyə olunmazdır", - deyə Trend - a Abbasov bildirib.
Lakin ekspertlər qeyd edirlər ki, məhsəti türkləri Gürcüstanın ərazi bütövlüyünə təhlükə ola bilməzlər.
Aleksandrov hesab edir ki, məhsəti türklərinin axını sosial prtlayışa gətirəcək qədər böyük deyil, lakin Gürcüstanda həm Samsxe-Cavaxetiya, həm d Marneuli rayonlarında muxtariyyət tələbləri və hazırkı tendensiya nəzərə alınarsa, milli prinsiplər üzrə parçalanma perspektivi var.
Abbasovun fikrincə, regionun ayrılma riski, həqiqətən də, mövcuddur, lakin bu, məhsəti türklərinin regiona yerləşməsi ilə bağlı deyil.
Azərbaycanlı ekspert sübut edir ki, Gürcüsçtan erməniləri liderlərinin mədəni muxtariyyət zərurəti ilə bağlı bəyanatları erməniləri n məskunlaşdığı ərazilərin Gürcüstandan zorla alınması və gələcəkdə Ermənistana birləşdirilməsi planı var.
"Bu ərazilərdə yaşayan ermənilərin Gürcüstandan ayrılmaq və Qara dənizə çıxmaq planları var", - deyə Tavkul bildirib.
Materialın hazırlanmasında R.Ağayev (Moskva), B.Həsənov iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]