Türkiyə prezidenti Abdullah Gül Fevralın 12-13-də Rusiyaya rəsmi səfər edəcək. Bu barədə "TGRT Haber" məlumat verib.
Səfərdə ikitərəfli əlaqələr, eyni zamanda Türkiyədən Rusiyaya yük avtomobilləri ilə ixrac olunan malların gömrükdə uzun müddət gözlədilməsi məsələsi müzakirə olunacaq.