...

Haaqada İranla ABŞ arasında heç bir görüş keçirilməyib - İran XİN-in sözçüsü

Dünya xəbərləri Materials 1 Aprel 2009 15:36 (UTC +04:00)

İranın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran və ABŞ nümayəndələri arasında Haaqada heç bir görüş keçirilməyib. Bu barədə İran televiziyası məlumat yayıb.

"Haaqada Əfqanıstanın təhlükəsizliyi ilə bağlı keçirilən iclas çərçivəsində İran və ABŞ nümayənədələri arasında heç bir rəsmi ya qeyri rəsmi görüş baş tutmayıb", - deyə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi çərşənbə günü İran televiziyasına müsahibəsində bildirib.

Qəşqavi əlavə edib ki, İranın Xarici İşlər Nazirinin müavini Axundzadə də ötən gün Haaqada bu məlumatı təkzib edib.

Əfqanıstan üzrə Haaqadakı konfrans martın 31-də keçirilib. Konfransda Əfqanıstanda iqtisadiyyat və sülh həyatının bərpasında iştirak edən dövlətlərin XİN rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Onlar Əfqanıstandakı və Orta Şərq regionundakı vəziyyəti müzakirə edib, eləcə də terrorizm və narkoticarətlə mübarizə strategiyasını hazırlayıblar.

ABŞ dövlət katibi martın 31-də keçirdiyi mətbuat konfansında bildirmişdi ki, ABŞ və İran rəsmiləri Haaqada keçirilən konfrans çərçivəsində görüş keçirib.

Xəbər lenti

Xəbər lenti