...

Müstəqil Kürdüstan dövlətinin yaranmasına imkan verməyəcəyik – İraqın vitse-prezidenti

Dünya xəbərləri Materials 11 İyun 2009 16:25 (UTC +04:00)
Müstəqil Kürdüstan dövlətinin yaranmasına imkan verməyəcəyik – İraqın vitse-prezidenti

İraqın vitse-prezidenti Tariq əl-Haşimi Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı İraqda heç vaxt müstəqil Kürdüstan dövlətinin yaranmayacağını bildirib. Bu barədə Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

"Müstəqil Kürdüstan dövlətinin yaranmasına imkan verməyəcəyik", - deyə əl-Haşimi bildirib.

Trend -un arayışı: PKK terror təşkilatının lideri Murat Karayılan təşkilatın Ankara ilə danışıqlara hazır olduğunu bildirib.

Karayılan Ankaranı bu fürsəti əldən verməməyə çağırıb və belə bir fürsətin bir daha ələ düşməyəcəyini bildirib.

Kürd Fəhlə Partiyası (PKK) Sovet İttifaqının dəstəyi ilə 70-ci illərin sonunda yaradılıb. Əvvəlcə siyasi partiya kimi tanınsa da, 80-ci illərin sonundan PKK üzvləri Türkiyə ərazisində dinc əhali və hərbi obyektlərə qarşı terror aktları həyata keçiriblər. PKK dünyanın əksər ölkələrində terror təşkilatı kimi tanınır. Təşkilatın əsas məqsədi əsasən kürdlərin yaşadığı cənub-şərqi Türkiyədə və İraqın şimalında müstəqil kürd dövləti yaratmaqdır. Fəaliyyət mərkəzi İraqın şimalındakı Qəndil dağlarıdır. Türkiyənin hərbi qüvvələri terrorçuların məhv edilməsi üçün bu ərazidə əməliyyatlar aparırlar.

1988-ci ildə İraqın Hələbcə şəhərinin kürd əhalisi arasında separatçı ideyalar yayılmağa başladı. Bunun qarşını almaq üçün o zamankı Prezident Səddam Hüseyn Hələbcə əhalisinə qarşı kimyəvi silahdan istifadə etdi. Nəticədə bir milyon nəfərə yaxın dinc sakin həlak oldu.

Vitse-prezident onu da qeyd edib ki, PKK terror təşkilatı ya silahlı müqavimətə son qoyacaq ya da İraq ərazisindən çıxarılacaq.

"PKK terror təşkilatı Türkiyə üçün təhlükəli olduğu kimi İraq üçün də təhlükədir", - deyə əl-Haşimi qeyd edib.

Xəbər lenti

Xəbər lenti