...

Kabilin bəzi seçki məntəqələri hələ açılmayıb

Dünya xəbərləri Materials 20 Avqust 2009 11:34 (UTC +04:00)
Əfqanıstanda prezident seçkilərinə start verilməsindən 1 saat ötsə də, hələ də bəzi seçki məntəqələri açılmayıb.
Kabilin bəzi seçki məntəqələri hələ açılmayıb

Əfqanıstan, Kabil, 20 avqust / Trend , müxbir H.Hüseyni /

Əfqanıstanda prezident seçkilərinə start verilməsindən 1 saat ötsə də, hələ də bəzi seçki məntəqələri açılmayıb.

"Əfqanın səsi" agentliyinin məlumatına görə, Kabilin ən böyük seçki məntəqəsi olan Xatəm əl-Ənbiya seçki məntəqəsi də hələ işə başlamayıb.

Trend -un Əfqanıstandakı müxbiri bildirir ki, Xatəm əl-Ənbiya seçki məntəqəsinin qaqşısında 100-dən çox vətəndaş səs vermək üçün gözləsə də, məntəqə hələ açılmayıb.

Əfqanıstanda seçkilər ciddi təhlükəsizlik tədbirləri altında həyata keçirilir. Taliban seçkilərdə iştirak edənlərin "barmağını kəsəcəyini" bildirib.

Kərzai bu gün səhər səsvermədə iştirakı zamanı xalqı seçkilərdə fəal olmağa çağırıb.

Avqustun 19-da Talibanın terror aktları nəticəsində 13 nəfər dinc sakin həlak olub.

Bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir. 29 milyonluq Əfqanıstan əhalisinin 17 milyon nəfəri səsvermə hüququna malikdir. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlamasından sonra bu seçkilər sayca ikincidir. 2004-cü ildə keçirilən prezident seçkilərində Həmid Kərzai 55 faiz səs toplamaqla qalib gəlmişdi.

Xəbər lenti

Xəbər lenti