...

Usamə Bin Ladenin qızı İran əsirliyindən qaçmağa müvəffəq olub

Dünya xəbərləri Materials 23 Dekabr 2009 13:44 (UTC +04:00)
Bir nömrəli terrorist Usamə Bin Ladenin qızı Əman İran hökumətinin əsirliyindən qaçdıqdan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyində sığınacaq axtarmağa məcbur olub, Londonda dərc olunan panərəb qəzeti "Ashraq Al Awsat" məlumat verir.
Usamə Bin Ladenin qızı İran əsirliyindən qaçmağa müvəffəq olub

Bir nömrəli terrorist Usamə Bin Ladenin qızı Əman İran hökumətinin əsirliyindən qaçdıqdan sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyində sığınacaq axtarmağa məcbur olub, Londonda dərc olunan panərəb qəzeti "Ashraq Al Awsat" məlumat verir.

Əmanın sözlərinə görə, o və beş qardaşı ABŞ-ın 2001-ci ildə Əfqanıstana daxil olmasından sonra İran hökumətinin əsirliyində qalıblar. Əmanın qardaşı Ömər Bin Laden "Ashraq Al Awsat"la musahbəsində bildirib ki, ailəsi noyabr ayından ondan heç bir məlumat almayıb.

Bir nömrəli terroristin qızı İran hökumətinin keşikçiləri ona və digər qardaşlarına alış-veriş etmək üçün çıxmağa icazə verdikdən sonra qaçıb.

Əman terroristin əvvəlki kimi həbsdə olan digər uşaqlarını da azad etmək üçün İran hökuməti ilə danışıqlar aparan Səudiyyə səfirliyinə sığınacaq üçün müraciət edib.

Səudiyyənin İrandakı səfiri "Ashraq Al Awsat"a məlumat verib ki, səfirlik Əmanın yaxın zamanlarda krallığa qaytarılması üzərində işləyir.

Xəbər lenti

Xəbər lenti