...

Bostonda polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 19 Aprel 2013 11:04 (UTC +04:00)
Massaçusets texnologiya institutunun şəhərciyində polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bostonda polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Massaçusets texnologiya institutunun şəhərciyində polisi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "RİA Novosti" agentliyi "NBC" televiziya kanalına istinadən xəbər yayıb.

Telekanal onun saxlanılması görüntülərini yayımlayıb. Görüntülərdə gənc oğlan hər iki əl irəli, üzüaşağı vəziyyətdə asfaltın üzərində uzanıb. Görüntülərdən onun təxminən 20 yaşında olduğu müəyyən etmək mümkündür.

Ehtimal olunur ki, o, polislərə müqavimət göstərib. Çünki daha əvvəl partlayış, ardınca isə atışma səsləri eşidilib.

Polis onu Uotertaunda özəl sahədə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlayıb.

Massaçusets Texnologiya İnstitutu (MİT) ABŞ-ın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Onun korpusları və şəhərciyi Kembricdə, Çarlz çayının qərb sahilində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti