...

Brüsseldə Ermənistanın qərarından şoka düşüblər və rəsmi Yerevandan izah gözləyirlər

Dünya xəbərləri Materials 4 Sentyabr 2013 12:08 (UTC +04:00)
Brüsseldə diplomatlar və məmurlar Ermənistanın Gömrük İttifaqına qoşulmaq barədə gözlənilməz qərarından şoka düşüblər.
Brüsseldə Ermənistanın qərarından şoka düşüblər və rəsmi Yerevandan izah gözləyirlər

Azərbaycan, Bakı, 4 sentyabr /Trend /

Brüsseldə diplomatlar və məmurlar Ermənistanın Gömrük İttifaqına qoşulmaq barədə gözlənilməz qərarından şoka düşüblər. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə səfərdə olan müxalif "İrs" partiyasılnın Baş katibi Stepan Safaryan bildirib.

S.Safaryan "Facebook" sosial şəbəkəsində olan səhifəsində yazıb: "Artıq bir neçə saatdır ki, onlar öz təəccüblərini, qəzəblərini gizlədə bilmirlər və bu özünü bütün görüşlərdə göstərirdi. Rəsmi Yerevandan həm Avropa komissiyasından, həm də Avropa Parlamentindən izahat gözləyirlər. Maraqlıdır görəsən onlar bu dəfə hansı nağıl uyduracaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti