Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
ABŞ-ı "İslam Dövləti"nə qarşı mübarizədə heç bir sərhəd dayandıra bilməz. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ dövlət katibi Con Kerri İraq Prezidenti Fuad Maasum ilə görüşdən sonra çərşənbə axşamı jurnalistlərə bildirib.
"İslam Dövləti" tək İraq və Suriya üçün deyil, həm də bütövlükdə region üçün təhlükədir və bu səylərdə bölgə də lider olmalıdır", - Kerri deyib.
Onun sözlərinə görə, ABŞ lap əvvəldən bildirib ki, "heç bir coğrafiya, heç bir sərhəd bizi "İslam Dövləti"nə qarşı mübarizə yolundan döndərə bilməz": "Biz imkan vermərik ki, bu terrorçular gizlənsin və məsuliyyətdən qaça bilsin".
ABŞ bir sıra ərəb ölkələrinin dəstəyi ilə çərşənbə axşamı Suriya ərazisində terror qruplaşmalarının mövqelərinə hava zərbələrinin endirilməsinə başlayıb. ABŞ həmçinin avqustdan "İslam Dövləti"nin yaraqlıları tərəfindən zəbt edilən İraq ərazilərinə zərbələr vurur.