...

Putin Rusiyanın iqtisadi böhrandan çıxacağı vaxtı açıqladı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Dekabr 2014 13:36 (UTC +04:00)
Rusiyaya böhrandan çıxmaq üçün ən pis halda iki il vaxt lazım olacaq.
Putin Rusiyanın iqtisadi böhrandan çıxacağı vaxtı açıqladı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Rusiyaya böhrandan çıxmaq üçün ən pis halda iki il vaxt lazım olacaq. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sayca onuncu böyük mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatındakı hazırkı vəziyyət hər şeydən əvvəl xarici amillərlə əlaqəlidir.

V.Putin, həmçinin ümid etdiyini bildirib ki, xarici valyutaların məzənnələrinin azalması və rublun möhkəmlənməsi tendensiyası qorunacaq: "Ölkə iqtisadiyyatında vəziyyət pisləşsə, planlarda düzəlişlər etmək lazım olacaq".

Prezident əlavə edib ki, Rusiyanın 8,4 trilyon rubl həcmində olan ehtiyatları bütün sosial öhdəlikləri icra etməyə imkan verəcək.

Onun sözlərinə əsasən, böhran vəziyyətinin həll edilməsi zamanı Mərkəzi Bank və hökumətin fəaliyyəti kollektiv və düşünülmüş, lakin bir-birinin səlahiyyətinə müdaxilə etmədən olmalıdır: "Bununla yanaşı, benzin və qida məhsullarının qiymətlərinin artmasına nəzarət etmək, hər gün istehsalçılarla görüşmək lazımdır".

Xarici əlaqələrə gəlincə, Putin bildirib: "Tərəfdaşlarımız qərara gəliblər ki, onlar imperiyadır, qalanları isə sıxışdırılmalı olan vassallardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti