...

Poroşenko hədələdi: Ağır texnika əvvəlki mövqelərə qaytarıla bilər

Dünya xəbərləri Materials 27 Fevral 2015 14:27 (UTC +04:00)
Ukrayna Prezidenti Petro Poroşenko bəyan edib ki, qarşı tərəf Minsk razılaşmalarını yerinə yetirməsə, ölkə hərbçiləri ağır texnikanı Donbassda əvvəlki mövqelərə qaytara bilər.
Poroşenko hədələdi: Ağır texnika əvvəlki mövqelərə qaytarıla bilər

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Ukrayna Prezidenti Petro Poroşenko bəyan edib ki, qarşı tərəf Minsk razılaşmalarını yerinə yetirməsə, ölkə hərbçiləri ağır texnikanı Donbassda əvvəlki mövqelərə qaytara bilər.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, P.Poroşenko bildirib ki, ağır texnika əvvəlki mövqelərə qaytarıldıqdan sonra Ukrayna ən qısa müddət ərzində düşməni dəf etməyə hazır olacaq.

Qeyd edək ki, ötən gün ATƏT-in müşahidəçiləri təsdiq ediblər ki, Ukraynadakı münaqişənin hər iki tərəfi cəbhə xəttindən ağır texnikanı geri çəkməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti