Azərbaycan, Bakı, 3 aprel /Trend/
Oxot dənizində "Dalniy Vostok" traulerinin batması nəticəsində itkin düşən ekipaj üzvlərinin axtarışı üçün 2 mindən çox adam, 122 ədəd texnika, 27 gəmi və aviasiya cəlb olunub.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şərq Regional İdarəsindən bildirilib.
Xilas olunan dənizçilər Yoriy Fomində çiyin nahiyəsində xəsarətin, Əliyev Elman Sərdan oğlu və Dmitriy Dmitriyeviçdə ağciyər iltihabının (pnevmaniya) qeydə alındığı barədə məlumat verilib.
Son məlumatlara görə, Maqadanın 300 kilometrliyində batan gəmidə 81 Rusiya vətəndaşı və 51 xarici vətəndaş olub. Tapılan 119 nəfərdən 56 nəfərin həlak olduğu deyilir. 13 balıqçının taleyi naməlum qalıb.