Azərbaycan, Bakı, 7 aprel /Trend/
Oxot dənizində batmış "Dalnıy vostok" traulerindən sağ çıxmış şəxs bildirib ki, qəza gəminin həddən artıq yüklənməsi səbəbindən baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən sağ çıxmış daha bir ekipaj üzvü deyib ki, traulerdə xilasetmə vasitələri kifayət qədər olub: "Lazım olan hər şey var idi, lakin insanlar şokda idi".
Qeyd edək ki, "Dalniy Vostok" trauleri ötən həftənin cümə axşamı Oxot dənizində batıb. Xilasedicilər 132 balıqçıdan 119-nu xilas edə biliblər. Onlardan 56-ı ölüb. 13 dənizçinin taleyi naməlum olaraq qalır.