Bakı. Trend:
Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə olan tikinti müqavilələrinə aid deyil.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Türkiyə hakimiyyətinin fəaliyyətinə qarşı tədbirlər tikinti sahəsində qüvvədə olan müqavilələrə toxunmayacaq: "Çünki bu, Rusiyaya da müəyyən zərbə vura bilər".