...

ABŞ-dan Şimali Koreyaya qarşı yeni sanksiyalar

Dünya xəbərləri Materials 25 Fevral 2016 11:37 (UTC +04:00)
ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı yeni sanksiyalar nəzərdə tutan qətnamə layihəsini hazırlayıb.
ABŞ-dan Şimali Koreyaya qarşı yeni sanksiyalar

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı yeni sanksiyalar nəzərdə tutan qətnamə layihəsini hazırlayıb. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanında Daimi Nümayəndəliyinin rəsmisi Kertis Kuper deyib.

O bildirib ki, bu gün qətnamə layihəsi BMT Təhlükəsizlik Şürası çərçivəsində yayılacaq.

Sanksiyaların səbəbini açıqlayan K.Kuper bildirib ki, Şimali Koreya bu yaxınlarda nüvə silahının yeni sınaqlarını və ballistik raketin buraxılışını həyata keçirib.

BMT Təhlükəsizlik Şurasının 1718, 1874, 2087 və 2094 saylı qətnamələrinə əsasən, rəsmi Pxenyana nüvə silahı və ballistik raketlərin sınaqları ilə bağlı fəaliyyət qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti