...

Rusiyalı turistlər 2016-cı ildə Türkiyə və Misirə qetməyəcək

Dünya xəbərləri Materials 7 Aprel 2016 14:26 (UTC +04:00)
Türkiyə və Misir istiqamətləri 2016-cı ildə rusiyalı turistlət üçün açılmayacaq.
Rusiyalı turistlər 2016-cı ildə Türkiyə və Misirə qetməyəcək

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə və Misir istiqamətləri 2016-cı ildə rusiyalı turistlət üçün açılmayacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə RF-nin Turizm üzrə Federal Agentliyinin direktorunun müavini Roman Skorıy bildirib.

O deyib ki, Türkiyə istiqaməti "bu il dəqiq açılmayacaq": "Sonuncu hadisələr isə göstərdi ki, Misir də, ehtimallara görə, bu il açılmayacaq".

R.Skorıy qeyd edib ki, Misirin hava məkanındakı uçuşların təhlükəsizliyi yalnız Rusiya turistlərinə aid deyil: "Məsələn, Böyük Britaniya və Avropanın bir çox ölkələri Misirlə hava uçuşların bərpasına tələsmirlər. Əsas problem təhlükəsizlik məsələsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti