...

Türkiyəyə raket mərmisi düşdü-6 yaralı

Dünya xəbərləri Materials 29 Avqust 2016 20:51 (UTC +04:00)
Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə 3 raket mərmisi düşüb.
Türkiyəyə raket mərmisi düşdü-6 yaralı

Bakı. Trend:

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə 3 raket mərmisi düşüb.

Trend Hürriyətə istinadən məlumat verir ki, mərmilərdən biri küçəyə, digər ikisi isə boş əraziyə düşüb. Partlayışda ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.

İndiyə qədər Suriyada terrorçu qruplaşmaların atdığı raket mərmiləri nəticəsində Kilisdə 21 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti