Bakı. Trend:
Pakistanın şimal-şərqində, Kəşmir əyalətində yük maşını məktəb binasına çırpılıb. Bu barədə Trend "TASS" agentliyinə istinadən məlumat verir.
Hadisə nəticəsində 5 nəfər həlak olub, 30 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü məktəbli qızlardır.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirərək məktəb binasına çırpılıb. Sürücü hadisə yerindən uzaqlaşsa da, daha sonra polis tərəfindən saxlanılıb.