...

Prezident: İraq Rusiyaya qarşı ABŞ ilə münasibət qurmayacaq

Dünya xəbərləri Materials 28 Mart 2017 12:10 (UTC +04:00)
İraq hər hansı bir ölkəyə qarşı digər ölkə ilə münasibət qurmayacaq.
Prezident: İraq Rusiyaya qarşı ABŞ ilə münasibət qurmayacaq

Bakı. Trend:

İraq hər hansı bir ölkəyə qarşı digər ölkə ilə münasibət qurmayacaq.

Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində İraq Prezidenti Fuad Məsum deyib.

Dövlət başçısı bütün tərəflərlə eyni səviyyədə əlaqələr qurmaq niyyətində olduğunu deyib:

“Biz bir ölkəyə qarşı digər ölkə ilə münasibətləri dəstəkləmirik. Bu bizim ümumi siyasətimizdir. Biz ABŞ-a qarşı Rusiya ilə və ya Rusiyaya qarşı ABŞ ilə münasibət yaratmayacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti