...

Uşaq bağçası bağlandı - İnfeksiyaya görə

Dünya xəbərləri Materials 30 Oktyabr 2017 14:29 (UTC +04:00)
Rusiyanın İrkutsk vilayətində kəskin bağırsaq infeksiyasının yayılması ilə əlaqədar uşaq bağçası bağlanıb.
Uşaq bağçası bağlandı - İnfeksiyaya görə

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayətində kəskin bağırsaq infeksiyasının yayılması ilə əlaqədar uşaq bağçası bağlanıb.

Trend-in məlumatına görə, Bratsk şəhərində 6 uşaq bu xəstəliyə yoluxub.

Həmin uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir, müalicələri davam etdirilir.

Məlumata görə, uşaq bağçasının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Hazırda infeksiyanın yayılması ilə bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti