...

ABŞ-ın Ukraynaya hansı silahları göndərəcəyi məlum oldu

Dünya xəbərləri Materials 15 Dekabr 2017 16:46 (UTC +04:00)
Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan deputat Dmitri Tımçuk ABŞ-ın Kiyevə hansı silahları tədarük edəcəyini açıqlayıb.
ABŞ-ın Ukraynaya hansı silahları göndərəcəyi məlum oldu

Bakı. Trend:

Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan deputat Dmitri Tımçuk ABŞ-ın Kiyevə hansı silahları tədarük edəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, D.Tımçuk bunun hava hücumuna qarşı müdafiə radarları və radiolokasiya sistemləri, eləcə də Hərbi Dəniz Qüvvələri üçün üzmə vasitələri olduğunu deyib.

Onun sözlərinə görə, silah tədarükündə məqsəd Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirməkdir.

Deputat bildirib ki, hətta Ukrayna hərbi büdcəsinin artırılmasından sonra müdafə sahəsində "faciəli şəkildə" vəsait çatışmazlığı var.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardımın ayrılmasını təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti