...

Putin Sankt-Peterburqda marketdəki partlayışı terror aktı adlandırdı

Dünya xəbərləri Materials 28 Dekabr 2017 12:05 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin ötən gün Sankt-Peterburqda baş vermiş partlayışı terror aktı adlandırıb.
Putin Sankt-Peterburqda marketdəki partlayışı terror aktı adlandırdı

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin ötən gün Sankt-Peterburqda supermarketdə baş vermiş partlayışı terror aktı adlandırıb.

Trend-in məlumatına görə, V.Putin bu sözləri Suriyada hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərlə görüşü zamanı deyib.

Qeyd edək ki, ötən gün axşam saatlarında mağazanın saxlama kamerasında 200 qr trotil ekvivalentində partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 13 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti