...

Ərdoğan: Türkiyə SQ bu gün Afrində, sabah Manbicdə olacaq

Dünya xəbərləri Materials 5 Mart 2018 09:31 (UTC +04:00)
Türkiyə Hərbi Qüvvələri Suriyanın Manbic rayonunun terrorçulardan təmizləməyə hazırdır.
Ərdoğan: Türkiyə SQ bu gün Afrində, sabah Manbicdə olacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Hərbi Qüvvələri (SQ) Suriyanın Manbic rayonunun terrorçulardan təmizləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyəli lider qeyd edib ki, "Zeytun budağı" əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla sərhədə qədər davam edəcək.

R.T.Ərdoğan bəyan edib: "Türkiyə Hərbi Qüvvələri bu gün Afrində, sabah Manbicdə olacaqlar".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti