Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşünün vaxtını açıqlayıb.
Trend-in məlumatına görə, D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Kim Çen Inla görüş iyunun 12-də Sinqapurda baş tutacaq.
Qeyd edək ki, ötən gün Şimali Koreya rəhbəri ilə görüşmüş ABŞ Dövlət katibi Mayk Pompeo görüş tarixinin və yerinin məlum olduğunu demişdi.