Bakı. Trend:
ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) naməlum şəxs avtomobili piyadaların üzrəinə sürüb.
Trend-in məlumatına görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanların 2-nin vəziyyəti ağır, digərinin vəziyyəti orta kimi qiymətləndirilir.
Avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Daha sonra onun avtomobili şəhərin küçələrindən birində aşkarlanıb. Sürücü polsilər tərəfindən axtarılır.