...

Əfqanıstanda sutka ərzində 121 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 9 İyul 2018 01:16 (UTC +04:00)
Əfqanıstanın müdafiə və təhlükəsizlik milli qüvvələri ölkə ərazisində bir sıra əməliyyat keçirib
Əfqanıstanda sutka ərzində 121 terrorçu məhv edilib

Bakı. Trend:

Əfqanıstanın müdafiə və təhlükəsizlik milli qüvvələri İŞİD terror qruplaşması və "Taliban" radikal hərəkatına qarşı ölkə ərazisində bir sıra əməliyyat keçiriblər.

Trend-in məlumatına görə, Əfqanıstan müdafiə nazirliyindən bildiriblər ki, əməliyyatlar zamanı 121 terrorçu məhv edilib: "Əməliyyatlar nəticəsində 10-u İŞİD terror qruplaşmasının üzvü olmaqla 121 terrorçu məhv edilib, 70-i yaralanıb və 7-si saxlanılıb".

Əfqanıstan hərbçiləri həmçinin bir neçə nəqliyyat vasitəsi, motosiklet, silah və sursat məhv ediblər. Əməliyyatlar ölkənin müxtəlif ərazilərində, o cümlədən Fərəh, Qazni və Nanqahar əyalətlərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti