Bakı. Rufiz Hafizoğlu - Trend:
PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində həftə ərzində 124 terrorçu məhv edilib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Məlumata görə, terrorçuların bir qismi İraqın şimalında Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) apardığı əməliyyatlar çərçivəsində məhv edilib.
Qeyd olunur ki, Türkiyə HHQ tərəfindən əməliyyatlar hələ davam edirilir.