...

Ukrayna XİN Türkiyə sahillərində gəminin batmasının səbəbini açıqlayıb

Dünya xəbərləri Materials 8 Yanvar 2019 04:16 (UTC +04:00)
Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Vasili Kiriliç Türkiyə sahillərində Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğramasının səbəbini açıqlayıb
Ukrayna XİN Türkiyə sahillərində gəminin batmasının səbəbini açıqlayıb

Bakı. Trend:

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Vasili Kiriliç Türkiyə sahillərində Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğramasının səbəbini açıqlayıb.

Trend bu barədə "Versiya" agentliyinə istinadən xəbər verir.

Vasili Kiriliç bildirib ki, güclü dalğa yük gəmisinə çırpılıb və nəticədə gəmi iki yerə bölünərək batıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi batıb.

Xəbər lenti

Xəbər lenti