...

Avropanın bu paytaxt şəhərində də GECƏ MERİ olacaq

Dünya xəbərləri Materials 27 Fevral 2019 10:31 (UTC +04:00)
Avropanın bu paytaxt şəhərində də gecə meri olacaq.
Avropanın bu paytaxt şəhərində də GECƏ MERİ olacaq

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada ilk dəfə gecə meri fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, gecə meri axşam saatlarında və gecəyarısından sonra şəhər həyatına cavabdeh olacaq, gecələr fəaliyyət göstərən müəssisələrin sahibləri və məmurlar arasında vasitəçi rolunu oynayacaq.

Onun səlahiyyətlərinə bu saatlarda küçələrin işıqlandırılmasından tutmuş polislə qarşılıqlı əməkdaşlıq və patrul xidmətinin işinin yaxşılaşdırılmasına qədər kompleks təhlükəsizlik tədbirləri də daxildir.

Bundan başqa, mer Bratislavanın gecə həyatının uzunmüddətli inkişaf strategiyasını da hazırlamalıdır.

Beləliklə, Bratislava Avropa İttifaqı ölkələri arasında bu vəzifənin təsis edildiyi dördüncü paytaxt şəhəri olacaq. Bu təcrübə Aİ-də ilk dəfə 2012-ci ildə Amsterdamda tətbiq olunub. İki il sonra gecə meri Londonda, bu yaxınlarda isə Praqada işə başlayıb.

Qeyd edək ki, Avropada gecə meri yalnız paytaxtlarda fəaliyyət göstərmir. Ötən il Almaniyanın YUNESKO-nun "Musiqi şəhəri" statusunu daşıyan, 300 min əhalisi olan Manheym şəhərində ilk dəfə gecə meri seçkiləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti