Bakı. Trend:
Rusiyanın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi sərnişin avtobuslarını təhlükəsizlik yastıqları ilə təchiz etməyi təklif edir.
Trend-in məlumatına görə, qurumda hesab edirlər ki, təhlükəsizlik kəmərləri sərnişinlərin yol-nəqliyyat hadisələrinin ağır nəticələrindən qorunması üçün kifayət etmir.
Həmçinin avtobuslarda karkasın möhkəmləndirilməsi və oturacaqların bərkidilməsinin vacibliyi bildirilir.
Müvafiq təkliflər Texniki Tənzimlənmə və Metrologiya üzrə Federal Agentliyə təqdim olunub.