...

Litvada prezident seçkiləri keçirilir

Dünya xəbərləri Materials 12 May 2019 10:30 (UTC +04:00)
Litvada yeddinci prezident seçkilərində bu gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb
Litvada prezident seçkiləri keçirilir

Bakı. Trend:

Litvada yeddinci prezident seçkilərində bu gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb.

Trend-in məlumatına görə, eyni zamanda, ölkədə ikili vətəndaşlığın tətbiq edilməsi və deputatlar korpusunun 15% azaldılması ilə bağlı iki referendum keçirilir.

Litvada 2.5 milyondan artıq vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır).

Qeyd edək ki, Litvanın prezidenti postuna 9 namizəd var. Qələbə qazanmaq üçün namizəd 50% -dən çox səs toplamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti