...

İspaniyada 12 avtomobilin iştirakı ilə qəza olub, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 13 May 2019 04:25 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın şimal-şərqində 12 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Trend-in "El Periodico" qəzetinə istinadən verdiyi məlumaat görə, qəza nəticəsində azı 25 nəfər xəsarət alıb.

Qəzetin məlumatına əsasən, qəza Kataloniyada San-Sadurni-d'Anoya yaşayış məntəqəsində baş verib.

Xəsarət alanlardan 8-nə hadisə yerində tibbi yardım göstərilib, digərləri isə xəstəxanaya yerləşdirilib.

Hazırda qəzanın səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti