...

Kolumbiyanın Venesuela ilə sərhədində partlayış: 12 yaralı

Dünya xəbərləri Materials 31 May 2019 08:47 (UTC +04:00)
Kolumbiyanın Kukuta şəhərində (Venesuela ilə sərhəd) partlayış baş verib
Kolumbiyanın Venesuela ilə sərhədində partlayış: 12 yaralı

Bakı. Trend:

Kolumbiyanın Kukuta şəhərində (Venesuela ilə sərhəd) partlayış baş verib.

Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb, iki nəfərin vəziyyəti ağırdır.

Bildirilir ki, iki nəfər Simon Bolivar körpüsü yaxınlığında iki əl qumbarası partladıb və hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Məlumata əsasən, onlar daha sonra polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti