Bakı. Trend:
Somalinin paytaxtı Moqadişoda parlament binası yaxınlığında minalanmış avtomobil partlayıb.
Trend-in məlumatına görə, partlayış nəticəsində ən az 8 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Məlumata əsasən, daha sonra hava limanı yaxınlığında da partlayış olub.
Qeyd edilir ki, partlayış nəticəsində xəsarət alan olmayıb.