...

Kanadada kənd sakinləri təxliyə olunur

Dünya xəbərləri Materials 3 Avqust 2019 07:19 (UTC +04:00)
Kanadanın Alberta vilayətinin İrvayn kəndinin sakinləri qatarın relslərdən çıxmasına görə təxliyə olunmağa məcburdurlar
Kanadada kənd sakinləri təxliyə olunur

Bakı. Trend:

Kanadanın Alberta vilayətinin İrvayn kəndinin sakinləri qatarın relslərdən çıxmasına görə təxliyə olunmağa məcburdurlar.

Trend-in məlumatına görə, buna səbəb kimyəvi maddələrin təsiri təhlükəsinin olmasıdır.

Bildirilir ki, təhlükəsizlik baxımından İrvayn kəndindən 7 kilometr radiusda qalan bütün sakinlər dərhal ərazini tərk etməlidirlər.

Qeyd edilir ki, sakinlər kimyəvi maddələrin təsirinə məruz qala bilərlər.

Kəndin yerləşdiyi Saypress rayonunda fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti