...

Rusiyada hərbi hissədə partlayışlar olub

Dünya xəbərləri Materials 5 Avqust 2019 16:01 (UTC +04:00)
Rusiyanın Krasnoyarsk diyarında hərbi hissələrin birinin ərazisində bir neçə partlayış baş verib
Rusiyada hərbi hissədə partlayışlar olub

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk diyarında hərbi hissələrin birinin ərazisində bir neçə partlayış baş verib.

Trend-in məlumatına görə, Açinsk şəhərində yerləşən hərbi hissədə yanğınlar da qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Yaxınlaqdakı yaşayış məntəqələrinin təxliyə olunacağı gözlənilir.

Açinsk şəhər rəhbərliyi sakinlərə partlayışların olduğu bölgəyə yaxınlaşmamağı tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti