...

Fransada 20-dən çox insan dəm qazından zəhərlənib

Dünya xəbərləri Materials 25 Dekabr 2019 21:50 (UTC +04:00)
21 nəfər Karlepon şəhərindəki kilsədən (Uaza departamenti, Parisdən şimalda) xəstəxanaya yerləşdirilib
Fransada 20-dən çox insan dəm qazından zəhərlənib

Bakı. Trend:

Milad münasibətilə xidmət zamanı dəm qazından zəhərlənmə səbəbindən 21 nəfər Karlepon şəhərindəki kilsədən (Uaza departamenti, Parisdən şimalda yerləşir) xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "France Presse" agentliyi bildirib.

Ümumilikdə, məbəddə 150 nəfər olub. Xidmət zamanı onlardan bəziləri şiddətli baş ağrısı hiss ediblər. Dərhal hadisə yerinə 40 yanğınsöndürən, xilasedicilər və bir qrup jandarmeriya əməkdaşları gəlib.

Kilsədə olanların hamısı təcili olaraq meriyanın binasına təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti