...

Avstraliyaya yanğınları söndürmək üçün 100-dən çox insan göndərilib

Dünya xəbərləri Materials 5 Yanvar 2020 08:22 (UTC +04:00)
ABŞ Avstraliyadakı yanğınların söndürülməsinə kömək etmək üçün 100-dən çox insan göndərib
Avstraliyaya yanğınları söndürmək üçün 100-dən çox insan göndərilib

Bakı. Trend:

ABŞ Avstraliyadakı yanğınların söndürülməsinə kömək etmək üçün 100-dən çox insan göndərib.

Trend-in məlumatına görə, bu barədə Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzində bildiriblər.

Bildirilib ki, son dörd həftə ərzində ABŞ, Kaliforniya ştatı da daxil olmaqla, bütün ölkədən Avstraliyaya 100-dən çox yanğınsöndürən göndərib:

"Yaxın gələcəkdə bu iş üçün daha çox resurs səfərbər etmək planları var. Avstraliyalı həmkarlarımızla sıx işləyirik və onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".

Məlumata əsasən, Amerikalı yanğınsöndürənlər artıq Avstraliyaya gələrək fəlakətlə mübarizəsinə qoşulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti