...

ABŞ strateji bombardmançıları İran yaxınlığına yerləşdirir

Dünya xəbərləri Materials 7 Yanvar 2020 13:14 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hökuməti B-52 strateji bombardmançı təyyarələrini Luiziana ştatındakı aviabazadan Hind okeanında yerləşən Dieqo Qarsiya adasına keçirib.

Trend-in məlumatına görə, bu qərar ABŞ-la İranın münasibətlərinin gərginləşməsi fonunda qəbul edilib.

ABŞ Müdafiə Nazirliyi öz növbəsində mətbuatın bu iddiasını təkzib etməyib.

Bundan başqa, ABŞ-ın Yaxın Şərqə daha 200 hərbçi göndərəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti