...

Ağ Ev hər gün jurnalistlərə Covid-19 testi edəcək

Dünya xəbərləri Materials 12 May 2020 20:18 (UTC +04:00)
Ağ Ev hər gün jurnalistlərə Covid-19 testi edəcək

Bakı. Trend:

Ağ Ev yeni növ koronavirus (Covid-19) infeksiyası səbəbi ilə əraziyə daxil olan bütün jurnalistlərə hər gün virus testi aparılacağını açıqlayıb.

Trend-in məlumatına görə, prezident Donald Tramp və prezident köməkçisi Mayk Penceyə yaxın olan adamlarda Covid-19 təsbit edilməsindən sonra bu qərara gəlinib.

İnfeksiyanın ilk dönəmlərində jurnalistlərin sayını məhdudlaşdıran Ağ Ev bu gün verdiyi qərarla əraziyə gələn bütün jurnalistlərin testdən keçiriləcəyini bəyan edib.

Ağ Ev sözçüsünün müavini Cudd Diri açıqlamasında "Ağ Evin ərazisindəki hər kəsin sağlamlığı üçün buraya gələn jurnalistləri günlük olaraq test etməyi düşünürük" ifadəsini işlədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti