...

Suriyada güclü partlayış olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 26 İyul 2020 15:01 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras-əl-Ayn şəhərindəpartlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 8 nəfər həlak olub, 10-dan artıq insan xəsarət alıb.

Bildirilir ki, partlayış yerli bazarın yaxınlığında olub. Qeyd edilir ki, bazarın yaxınlığında partladıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti