Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında ikitərəfli münasibətlərin tam normallaşması barədə razılaşma sentyabrın 18-i Ağ Evdə imzalanacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, İsrail ilə BƏƏ arasındakı münasibətlərin normallaşdırılması üzrə danışıqlar gözləniləndən daha sürətli irəliləyir və ABŞ-ın da iştirakı ilə əlavə üçtərəfli razılaşmanın imzalanmasına səbəb ola bilər. Söhbət regionda təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyacaq üç ölkənin "mümkün ittifaqından" gedir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 13-ü bildirmişdi ki, İsrail və BƏƏ ikitərəfli münasibətlərin tam normallaşdırılmasına dair razılığa gəliblər.