...

Ukraynada yenidən koronavirusa yoluxma rekordu qeydə alınıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 14:36 (UTC +04:00)

Bakı. Trend:

Ukraynada yenidən koronavirusa yoluxmada yüksək göstərici qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 2 836 nəfər koronavirusa yoluxub. Ötən gün bu göstərici 2 723 nəfər olub.

Ölkədə daha 50 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ukraynada koronavirusa yoluxanların sayı 133 787 nəfərə çatıb. Onlardan 2 811 nəfəri ölüb, 61 649 nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti