...

Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir

Dünya xəbərləri Materials 30 Noyabr 2020 05:29 (UTC +04:00)
Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin mətbuat katibi vəzifəsində Cen Psakini təyin etmək niyyətindədir.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə C.Baydenin press-puluna daxil olan bir sıra aparıcı ABŞ KİV-lərinin jurnalistləri məlumat veriblər.

Məlumata əsasən, C.Psaki daha əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda isə C.Baydenin keçid komandasının məsləhətçisidir.

Bildirilir ki, C.Bayden Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedinqfildi təyin etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti