...

Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb

Dünya xəbərləri Materials 2 Dekabr 2020 16:50 (UTC +04:00)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, petisiya “change.org” saytında yer alıb.

Petisiyada qeyd olunur ki, N.Paşinyan baş verən hadisələrlə əlaqədar üzərinə məsuliyyət götürməli və istefa verməlidir.

Qeyd edək ki, eyni zamanda Ermənistanda baş nazirin istefası ilə bağlı etirazlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti