...

ÜST ilin sonuna qədər "Pfizer" və "BioNTech" peyvəndi təsdiq edə bilər

Dünya xəbərləri Materials 22 Dekabr 2020 02:17 (UTC +04:00)
ÜST ilin sonuna qədər "Pfizer" və "BioNTech" peyvəndi təsdiq edə bilər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayın sonunadək ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri tərəfindən birgə hazırlanan peyvəndi təsdiq edə bilər. Həmin peyvənd fövqəladə hallarda istifadə olunacaq.

Trend-in məlumatına görə, bu barədə brifinqdə ÜST-ün baş direktor köməkçisi Mariancela Simao deyib.

M.Simao qeyd edib: "Peyvənd bu ayın əvvəlində mümkün fövqəladə hallarda istifadə üçün siyahıya alına bilər".

Təşkilatın baş alimi Sumya Svaminatan öz növbəsində, COVAX mexanizmi çərçivəsində bu peyvəndin məhdud tədarükünün yanvarın sonu və ya fevralın əvvəlində başlaya biləcəyini qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti