...

ABŞ hökuməti məhkəmədən "TikTok"a qarşı məhdudiyyətlər haqqında işin baxılmasının dayandırılmasını xahiş edib

Dünya xəbərləri Materials 12 Fevral 2021 07:10 (UTC +04:00)
ABŞ hökuməti məhkəmədən "TikTok"a qarşı məhdudiyyətlər haqqında işin baxılmasının dayandırılmasını xahiş edib

Bakı. Trend:

ABŞ hökuməti federal apellyasiya məhkəməsindən "TikTok" sosial şəbəkəsinin fəaliyyətində məhdudiyyətlərin dayandırılmasını xahiş edib.

Trend-in məlumatına görə, müvafiq sənəd Kolumbiya dairəsinin məhkəmə bazasında yerləşdirilib:

"Hökumət apellyasiyaların dayandırılmasını xahiş edir. Ticarət Nazirliyi [sosial media üçün] [əvvəllər qoyulmuş] qadağaların əsaslarını qiymətləndirir".

Qeyd edək ki, sosial şəbəkəyə qarşı məhdudiyyətlər Donald Trampın keçmiş administrasiyası tərəfindən tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti